Sevgilisinə metroda evlilik təklifi etdi - HƏBS EDİLDİ

 Sevgilisinə metroda evlilik təklifi etdi - HƏBS EDİLDİ

Moskva sakini sevgilisinə qeyri-adi şəkildə evlilik təklifi etmək qərarına gəlib. Belə ki, o, bunun üçün metro stansiyasını seçib. Lakin bu, gəncin həbs olunması ilə nəticələnib.

Asayis.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 7-də baş verib.

Belə ki, gənc oğlan platformanın ortasına stol qoyub və qıza evlənmə təklif edib.



Məlumata görə, noyabrın 9-da oğlan saxlanılıb və xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib. Hüquq-mühafizə orqanları və Rayon Məhkəməsi hesab edib ki, gəncin hərəkətləri sərnişin axınına mane olub.

Məhkəmə onu beş sutka inzibati həbs cəzasına məhkum edib.

Qız isə xırda xuliqanlıqda təqsirli bilinərək cərimələnib.

12:24 - 17 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin