Moskva sakini sevgilisinə qeyri-adi şəkildə evlilik təklifi etmək qərarına gəlib. Belə ki, o, bunun üçün metro stansiyasını seçib. Lakin bu, gəncin həbs olunması ilə nəticələnib.
Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 7-də baş verib.
Belə ki, gənc oğlan platformanın ortasına stol qoyub və qıza evlənmə təklif edib.
Məlumata görə, noyabrın 9-da oğlan saxlanılıb və xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib. Hüquq-mühafizə orqanları və Rayon Məhkəməsi hesab edib ki, gəncin hərəkətləri sərnişin axınına mane olub.
Məhkəmə onu beş sutka inzibati həbs cəzasına məhkum edib.
Qız isə xırda xuliqanlıqda təqsirli bilinərək cərimələnib.