Bu məhsullar gömrük rüsumundan azad ediləcək

 Bu məhsullar gömrük rüsumundan azad ediləcək

Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar, humanitar yardım kimi gətirilən mallar, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqlar gömrük rüsumundan azad ediləcək.

Asayis.Az 
Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Həmçinin, dəyişikliyə əsasən, ölkəyə idxal edilən qızıl əşyalarının gömrük rüsumundan azad edilməsi halları müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

13:12 - 16 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin