Yasamal rayonunda qumbara tapıldı - FOTO

 Yasamal rayonunda qumbara tapıldı - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Asayis.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQ-42, 1 ədəd RQN-D, 1 ədəd F-1 və 1 ədəd RQN əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 1 ədəd UDZ partladıcı və 1 ədəd RQD-5 təlim üçün əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


 

 

17:24 - 15 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin