"Məni müğənni Bülənt Ərsoya bənzədirlər. Onun sənəti böyükdür. Bir az şişkinliyim olduğu üçün oxşadırlar".
Axşam.az xəbər verir ki, Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib. O, sosial şəbəkələrdə tanınmış şəxslərin müzakirə edilərək təhqir olunmasına etiraz edib:
"Azərbaycanın gözəl insaları! Bəsdirin sənətkarları ortaya qoydunuz, qəlbinə dəydiniz. Onlar toylarınızda sizə şənlik, gözəllik, müsbət enerji verirlər. Sosial şəbəkədə baxıram ki, həkimindən tutmuş hamını yıxıb-sürüyürlər. Mənim nə ixtiyarım var ki, Elgizim xətrinə dəyim? Hər kəsin şəxsi həyatı var, özü bilər. İnsan nəslini analiz etsə, öz nöqsanları hamıdan çox çıxar. Birinci özünüzü düşünüb, sonra lağ edin".