Koçaryanın oğlu deputat seçildi

 Koçaryanın oğlu deputat seçildi

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan deputat kimi noyabrın 14-də parlamentdə and içib.

Asayis.Az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, L.Koçaryan sentyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyası zamanı saxlanılmışdı. Oktyabr ayında həbs müddəti iki ay müddətinə uzadılıb. Müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Armen Çaryanın mandatdan imtina etməsi nəticəsində Levon Koçaryan parlament üzvü olub. Deputat toxunulmazlığı statusu ilə azadlığa buraxılıb. O, fəaliyyətini müxalifətdə olan “Hayastan” fraksiyasında davam etdirəcək.

12:00 - 15 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin