"Arzularımdan biri avtobus sürücüsü olmaq idi. Amma alınmadı, müğənni oldum. Avtobus sürücüsü olsaydım, sükan arxasında oxuyardım".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın "Günaydın, Azərbaycan!" verilişinə müsahibəsində deyib. Paytaxdakı avtobusların birinə minən sənətçi ictimai nəqliyyatdan istifadə etmədiyi üçün gedişhaqqı qiymətindən xəbərdar olmadığını bildirib. F.Laçın sükanı arxasına əyləşərək onu idarə də edib:
"Elə bilirsiniz ki, avtobus sürməyi bacarmaram? Oxumağı bacardığım kimi avtobusu sürməyi də bacararam. Pul qazanmaq üçün əziyyətli işləri ayıb bilən və ya tənbəllik edən biri deyiləm. Əsas odur ki, insan pul qazansın və ailəsini dolandırsın".