Asayis.Az xəbər verir ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərindən birində bəyin atası və tanışlarının idarə etdikləri “TIR”larla toy karvanı təşkil etmələrinin görüntüləri sosail şəbəkələrdə yayılıb.
Onların yük avtomobilləri ilə Lənkəran - Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etmələri, yolda hərəkəti çətinləşdirdikləri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən edilib:
“Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət edilib və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb”.