Aşıq Namiq döyülməsindən danışdı - ”Mənə əl qaldıranın...”

 Aşıq Namiq döyülməsindən danışdı - ”Mənə əl qaldıranın...”

"Qadının məqsədi məni şərləyib yeni iPhone 14 PRO Max telofonu aldırmaqdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında aşıq Namiq Fərhadoğlu döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. 

Aşıq bildirib ki, hadisə parkda deyil, Mirəli Qaşqay küçəsində baş verib:

"Birincisi onu deyim ki, Namiqi döyən nəsli və kökü ilə qələt edir. Namiq balaca baladır ki, kimsə onu döyə bilsin? Mən Həccə gedəndən sonra içki və pis vərdişlərə tövbəliyəm, qadına söz atmaram. Yəni, o günə qalmışam ki, 70 yaşında qadına nəsə deyim? Hadisə belə olub, parkda gəzirdim. Qəfildən bir oğlan yaxınlaşdı ki, sən kimsən ki, mənim anama söz atırsan? Dedim ki, anan kimdir, harada söz atmışam? Uzaqdan parkda gəzən 65-70 yaşında bir qadın göstərdi. Dedim ki, mən tanımıram onu və heç bir söz də atmamışam. Bunu deyən kimi oğlan mənə əl-qol atdı. Bunu əlini tutdum ki, sözlə başa salım. Oğlan isə dayanmadan məni söyür və təhiqr edirdi. Çalışdım ki, onu sakitləşdirim və söhbət edim. Gördüm ki, ipə-sapa yatmır, ətrafdakılar bizi aralayır, amma o adam bu yenə üstümə hücum çəkirdi. Mənə dedilər ki, o adamı tanıyırlar, narkomandır, burada hamıya "ilişir”. Yaxınlaşdım ki, gəl, sakit söhbət edək. Elə ona yaxınlaşan kimi gördüm qadın səs-küy salıb, bizi videoya çəkir. Davada telefonum düşüb, qırıldı. Boynumdakı sepimi də oğurlayıb aparıb. Bu davanın kamera görüntüsü də var”. 

Namiq Fərhadoğlu bildirib ki, qadın oradan birbaşa polis idarəsinə gedərək şikayət edib:

"Gəldim evə, paltarımı dəyişim. Polis bölməsinə getməyə hazırlaşanda polisdən zəng gəldi. Məndən şikayət olunduğunu bildirib bölməyə dəvət etdilər. Məlum oldu ki, davadan sonra qadın gedib ekspertizadan keçib. Mən də ekspertizadan keçdim, əlim zədə alıb, boynumda əl izləri var. Polis bölməsində izahat yazdım. Mənim şərəf və ləyaqətimi aşağılayıblar. Bu işin sonuna kimi gedəcəm”. 

Aşıq qeyd edib ki, qadın hadisə ilə bağlı şikayət ərizəsində bildirib ki, mən onları təhqir etmişəm:

"Guya mən onlara demişəm qoca arvadsınız, burada nə gəzirsiniz? Gedin, cəhənnəm olun evinizdə oturun. İmkan verin burada cavanlar gəzsin. Qadın iddia edir ki, telefonu qırılıb. İndi qadın tələb edir ki, ona yeni telefon alım. Həmin qadının rəfiqəsi deyir ki, pullu oğlansan, adın-sanın var, sənin üçün o pul nədir ki. Konkret şantajla məndən pul qoparmaq istəyirlər. Bəs mənim telefonumu kim təmir edəcək? Mən ona heç nə alan deyiləm”. 

Qeyd edək ki, mətbuatda Aşıq Namiq Fərhadoğlunun parkda döyülməsi ilə bağlı məlumat yayılıb. Hadisə Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib. Məlumatda Aşıq Namiq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Hadisə ilə bağlı hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. 

14:48 - 14 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin