İsrail Qəzzanın bu hissəsində hərbi əməliyyatları dayandıracaq

 İsrail Qəzzanın bu hissəsində hərbi əməliyyatları dayandıracaq

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisində hərbi əməliyyatların dörd saatlıq müvəqqəti dayandırıldığını elan edib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Aviçai Edri məlumat verib.

“Yerli vaxtla saat 10:00-dan 14:00-a qədər Cebaliya bölgəsində ərzaq çatdırılması və əhalinin evakuasiya, humanitar məqsədlər üçün hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq" - o, X sosial şəbəkəsində (keçmiş Twitter) ərəb dilində yazıb.

Edri həmçinin bildirib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 9:00-dan 16:00-dək ​​fəaliyyət göstərəcək. Marşrut Əl-Şifa xəstəxanasından Salah ed-Din yolu ilə anklavın cənubuna doğru uzanacaq.

14:48 - 13 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin