Fransanın hərbi texnikası Ermənistana doğru hərəkət edir - VİDEO

 Fransanın hərbi texnikası Ermənistana doğru hərəkət edir - VİDEO
Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası digər silahlarla yanaşı bu gecə Gürcüstanın Poti limanına yola salınıb. 

Asayis.Az “Caliber”ə istinadən xəbər verir ki, “Bastion” üçün komponentlər də göndərilib. Onun tədarükçüsü Fransanın “ARQUUS” şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib. Amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.

 

14:36 - 13 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin