“Yadplanetlilər artıq aramızdadır” - Alimlərdən gözlənilməz açıqlama

 “Yadplanetlilər artıq aramızdadır” - Alimlərdən gözlənilməz açıqlama

"Süni intellekt yadplanetli həyatın bir formasıdır və bu insanların Darvinin təkamülünün zirvəsinə çatdığına işarə edir”.

Bunu britaniyalı krallıq astronomu lord Martin Ris deyib.

Onun sözlərinə görə, yadplanetlilər artıq aramızdadır və bunlar elmi fantastika filmlərində olduğu kimi kiçik yaşıl adamlar deyil.

“Qeyri-üzvi intellektin insan intellektinə çatması və ya onları üstələməsi üçün daha bir və ya iki əsr keçə bilər.

Çoxları insanların zəkanın zirvəsində olduğunu düşünür, lakin, ola bilsin ki, bizim növümüz daha çox süni intellektə gedən yolda bir mərhələni təmsil edir. Bu, kosmosun niyə bizim kimi həyatdan bu qədər boş göründüyünü izah edə bilər.

Kainatda qeyri-üzvi zəkaya təkamül yolu ilə keçid qaçılmazdırsa, çətin ki, teleskoplarımız hələ də bu formada təcəssüm olunduğu dövr ərzində insan zəkasını tuta bilələr. Mümkündür ki, yadplanetlilər artıq çoxdan mövcud olan digər üzvi varlıqların uzaq elektron nəslindən olacaqlar”, - deyə alim bildirib.

Ris, yadplanetlilərin hesab edildiyindən daha sülhsevər olduqlarını düşünür.

“Onların bizimlə eyni əsas istəkləri olmaya bilər. Darvinizmin təzyiqi altında biz ekspansionist bir növə çevrilmişik. Seçim zəkaya üstünlük, eyni zamanda həm də aqressiyaya üstünlük verib. Amma darvinizmin təzyiqi bu süni formasiyalara aid edilmədikcə, onların aqressiv olmaları üçün heç bir səbəb yoxdur. Ola bilsin ki, onlar sadəcə dərin bir şey haqqında düşünmək istəyirlər”, - deyə Kembric Universitetinin əməkdaşı və “Elm bizi xilas edərsə” və “Astronavtların sonu” kitabının həmmüəllifi yazır.

Alim insanların niyə hələ də yadplanetlilərlə qarşılaşmadığını da izah edir:

“Onları görməməyimiz və ya onlar tərəfindən işğal olunmadığımız o demək deyil ki, orada heç nə yoxdur. Onlar daha çox müşahidəçi ola bilərlər. Biz kosmosun “böyük sükutu”nun onların yoxluğu və ya sadəcə istəkləri olduğunu qiymətləndirə bilmərik”, - deyə alim vurğulayıb. (Oxu.az)

13:24 - 13 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin