Ukraynada müharibədə indiyədək neçə azərbaycanlı həlak olub?

 Ukraynada müharibədə indiyədək neçə azərbaycanlı həlak olub?

Ukraynada genişmiqyaslı müharibə başladığı gündən indiyədək ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı açıqlanıb.

Asayis.Az "Report"-a istinədən xəbər verir ki, bu müddət ərzində 130 azərbaycanlı həlak olub, 100-ə yaxını yaralanıb, 70-a yaxını isə itkin düşüb.

İtkin düşənlərin əksəriyyəti Donetsk vilayətində, xüsusilə Mariupolda yaşayan həmyerlilərimiz arasındadır.

Qeyd edək ki, bu, rəsmi statistika deyil. Bu baxımdan rəqəmlər daha çox da ola bilər.

15:30 - 11 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin