ABŞ Azərbaycana yeni səfir təyin etdi

 ABŞ Azərbaycana yeni səfir təyin etdi

Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub.

“Report” Senatın Mətbuat Qalereyasına istinadən xəbər verir ki, Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.

2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.

Ancaq bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

Baydenin Azərbaycana səfir namizədi Mark Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib.

O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

12:30 - 10 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin