Naxçıvan DSMF-yə sədr təyin olundu

 Naxçıvan DSMF-yə sədr təyin olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədri təyin olunub.
Asayis.az 
xəbər verir ki, bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Sahir Kamil oğlu Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub.

Qeyd edək ki, S.Rüstəmov bu təyinatadək DSMF-nin sədr müavini vəzifəsində çalışıb.

10:30 - 10 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin