Milyarder Qod Nisanov Azərbaycanda - Səfərin səbəbi...

 Milyarder Qod Nisanov Azərbaycanda - Səfərin səbəbi...

Azərbaycanlı milyarder, "Kiyevskaya Ploşad" şirkətinin direktorlar şurasının sədri, Moskvadakı nəhəng "Fud Siti" meyvə-tərəvəz bazasının sahibi Qod Nisanov şəxsi təyyarəsi ilə Bakıya gəlib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, burada müəyyən görüşlər keçirib, bu gün isə istirahət üçün Qəbələyə gedib.

Onun Azərbaycana 8 noyabrda Xankəndidə keçiriləcək Zəfər paradına qatılacağı gözlənilir.

Qeyd edək ki, azərbaycan əsilli milyarder 24 aprel 1972-ci ildə Qubada Qırmızı qəsəbədə anadan olub.

O, 2007-ci ildə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif olunub.

10:45 - 8 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin