İstanbulda İsrailə qarşı etiraz: “McDonald’s”a siçanlar buraxıldı - VİDEO

 İstanbulda İsrailə qarşı etiraz: “McDonald’s”a siçanlar buraxıldı - VİDEO

Türkiyədə İsrailə qarşı etirazlar davam edir.

Asayis.az "oxu.az"a istinadən xəbər verir ki, növbəti etiraz aksiyası İstanbulda baş verib.

Şəhərdə yerləşən “McDonald’s” restoranına müştərilər içəridə olduğu bir zamanda bir qutu siçan buraxılıb. Həmin anlar mobil telefon vasitəsilə lentə alınıb.

Siçanları buraxan şəxs müştərilərə səslənib. “Siz müsəlmanların ətlərini deyil, alın bu siçanları yeyin”, - deyə o bildirib.

Xatırladaq ki, “McDonald’s”ın Türkiyə filialı İsraildə fəaliyyət göstərən “McDonald’s”ın İsrail əsgərlərinə hamburger payladığı xəbərindən sonra mətbuatda yazılı açıqlama vermişdi.

Açıqlamada Türkiyədəki “McDonald’s”ın yerli müəssisə olduğu, bütün sahiblik və fəaliyyətinin Qətərin “Boheme İnvestment” şirkəti tərəfindən idarə olunduğu, İsraildəki “McDonald’s”la heç bir əlaqəsi olmadığı bildirilmişdi.

“İsraildəki “McDonald’s” bizim şirkətimizdən ayrı bir qurum kimi fəaliyyət göstərir. Ona görə də Türkiyədəki “McDonald’s”dan asılı olmadan, müstəqil şəkildə öz qərarlarını verir”, - deyə açıqlamada bildirilmişdi.

BAKU.WS

VİDEO

10:48 - 7 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin