Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstanı məğlub edib

 Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstanı məğlub edib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında II turun oyunları keçirilib.

Asayis.Az-ın məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə 3 qarşılaşma baş tutub.

İlk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Matç millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyunlarında Mərakeş Polşanı 4:0, Özbəkistan isə Türkiyəni 3:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün ilk turda Türkiyə üzərində 7:1 hesablı qələbə qazanıb. Dünya çempionatına noyabrın 8-də keçiriləcək 3-cü yer uğrunda oyun və final görüşü ilə yekun vurulacaq.

10:36 - 7 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin