Tərtərdə mina partlayışı olub, xəsarət alan var

 Tərtərdə mina partlayışı olub, xəsarət alan var

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq"-deyə, məlumatda vurğulanıb.

12:24 - 6 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin