Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzvlər qəbul edildi

 Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzvlər qəbul edildi

Noyabrın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.

Qurumdan Yenicag.az-a bildirilib ki, ittifaqın üzvlüyünə namizədlərin müraciətlərinə baxılıb və səsvermə keçirilib.

Səsvermənin nəticəsi olaraq AKİ-yə qəbul olunan yeni üzvlərin siyahısı açıqlanıb.

Onların sırasında bir çox ekran işlərində əsas rolları canlandıran Azərbaycan Aktyorlar Agentliyinin gənc və istedadlı aktrisası Natavan Abbaslı da var.

10:36 - 6 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin