Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək - FOTO

 Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək - FOTO

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il noyabr ayının 15-də Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl və Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Asayis.Az  xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.11.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

12:00 - 4 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin