Unudulmaqda olan sənət - “Burada rəssamlıq elementləri üstünlük təşkil edir” VİDEO

 Unudulmaqda olan sənət - “Burada rəssamlıq elementləri üstünlük təşkil edir”  VİDEO

 

Azərbaycanda unudulmaqda olan sənət növlərindən biri də metaldöymədir. 59 yaşlı Əzizbala Dadaşov ölkədə bu peşəni yaşadan tək-tük insanlardandır.

Asayis.Az
 xəbər verir ki, “İctimai” TV balaxanılı sənətkar haqqında süjet hazırlayıb. O, metaldöymə sənətinə marağın az olmasından gileylidir:

“Bunu qiymətləndirənlər azdır. Əsasən dövlət sifarişləri olur, şəxsi sifarişlər az olur. Kimsə villası üçün kamin qapısı və ya qapının üzərinə haşiyə, naxış sifariş verir. İndi bu sənətə tələbat azdır. 

Aşağı siniflərdə oxuyanda velosipedim vardı. Onun üçün bəzək əşyaları hazırlayırdım, qabaq oxlarına bərkidirdim. Bacım metaldöymə sənətinə marağım olduğunu gördü. Öyrəndik ki, Razində (Bakıxanov) texniki peşə məktəbində bu peşəni öyrədirlər”.

İki il sonra peşə məktəbini uğurla başa vuran Ə.Dadaşov təxminən 10 il aktiv fəaliyyətlə məşğul olub. Bu dövrdə o, metalların xassələrini, insan anotomiyasını əks etdirməyin yollarını öyrənib.  40 ilin sənətkarı deyir ki, metaldöymə sənəti misgərliklə eyni deyil, burada rəssamlıq elementləri üstünlük təşkil edir:

“Alüminium, mis,latun, bəzən gümüş və qızıl material üzərində də işlənir. Metal qalın olanda ona həcm vermək çətin olur, iki dəfə yandırmalı olursan. Birinci metalı faktura ilə doldurursan ki, nahamar yerlər qalmasın Bir növ baralyef yaratmağa bənzəyir. Bir əsərdə bir neçə materialı sintez edəndə daha maraqlı və gözəl alınır”. 

Ətraflı süjetdə:

 

17:12 - 3 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin