İran Prezidenti İbrahim Rəisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə yaxın vaxtlarda Ankaraya səfər edə bilər.
Asayis.Az “oxu.az”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərini Türkiyə XİN-in rəhbəri də təsdiq edib.
“Tezliklə Ərdoğanın rəsmi dəvəti ilə Rəisi Ankaraya səfər edəcək və yaxın vaxtlarda biz iki ölkə arasında əməkdaşlıq üzrə birgə komissiyanın iclasını keçirəcəyik”, - Abdullahian bildirib.
Nazir vurğulayıb ki, İran və Türkiyə ümumi sərhəddə təhlükəsizliyə diqqətin artırılması və yeni sərhəd bazarları, keçid məntəqələrinin yaradılması, eləcə də sərhədlərdə azad ticarət zonalarının yaradılması üçün daha təsirli tədbirlərin görülməsi ilə bağlı eyni fikirdədir.
Mənbə: Cumhuriyet