Polşa polisi 4 uşağa qarşı cinsi istismarda ittiham olunan 64 yaşlı keşişi saxlayıb.
İddialara görə, 64 yaşlı şəxs dini ayinləri müşahidə etmək bəhanəsi ilə yeniyetməlik yaşına çatmayan uşaqlara qarşı cinsi xarakterli hərəkətlər edib.
Bu səbəbdən keşişə qarşı ittiham irəli sürülüb.
Prokurorun tələbi ilə məhkəmə keşiş haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.
Şübhəli şəxs ittihamları qəbul etməyib və ifadə verməkdən imtina edib.