ABŞ hazırkı hakimiyyətin səmərəsizliyi səbəbindən Ukrayna prezidentliyinə yeni namizəd axtarır”
Asayis.Az bildirir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Sabiq Baş nazir qeyd edib ki, Vaşinqton Kiyevə külli miqdarda pul yatırır və Ukrayna Silahlı Qüvvələrinə müasir silah növləri göndərir, lakin heç bir nəticə görmür.
Azarovun sözlərinə görə, Dövlət Departamenti, ABŞ Milli Təhlükəsizlik Şurası və Co Bayden administrasiyası hazırda hesablamalar aparır və Ukrayna prezidentliyinə yeni namizədi seçirlər.
Keçmiş baş nazir Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun ABŞ-ın razılığını almadığı üçün namizədliyini irəli sürməyəcəyinə əminliyini ifadə edib. Azarovun sözlərinə görə, Birləşmiş Ştatlar onda artıq “işlənmiş material” görür.
“Onlar başa düşürlər ki, bu, tamamilə korrupsioner, tamamilə təsirsiz bir menecerdir” dedi.