Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.
Asayis.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçunun dünən məşqdən sonra halı pisləşib. Kamerunlu forvard bu səbəbdən ötən gecə xəstəxanada qalıb və hazırda onun müalicəsi davam etdirilir.
Qeyd edək ki, "Beşiktaş" oktyabrın 30-da Türkiyə Superliqasının növbəti turunda "Qaziantep"i qəbul edəcək.//Report