Ərdoğan Türkiyə Ordusunun Suriya və İraqda yeni əməliyyatlarının anonsunu verdi

 Ərdoğan Türkiyə Ordusunun Suriya və İraqda yeni əməliyyatlarının anonsunu verdi

"Terrorçuları qoruyanların bir gün həqiqəti anlayacaqlarına inanırıq”.

Asayis.Az
 xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) AK Partinin toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi davam edəcək: “Sərhədlərimiz boyunca davam edən terror dəhlizlərini yeni əməliyyatlarla məhv etməyə davam edəcəyik”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə Ordusu Suriya və İraqdakı vəzifəsini layiqincə yerinə yetirir: “Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqdakı fəaliyyət müddətlərinin daha 2 il uzadılmasına səs verən bütün deputatlara təşəkkür edirəm”.

12:24 - 26 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin