"Terrorçuları qoruyanların bir gün həqiqəti anlayacaqlarına inanırıq”.
Asayis.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) AK Partinin toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin terrorla mübarizəsi davam edəcək: “Sərhədlərimiz boyunca davam edən terror dəhlizlərini yeni əməliyyatlarla məhv etməyə davam edəcəyik”.
R.T.Ərdoğan söyləyib ki, Türkiyə Ordusu Suriya və İraqdakı vəzifəsini layiqincə yerinə yetirir: “Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqdakı fəaliyyət müddətlərinin daha 2 il uzadılmasına səs verən bütün deputatlara təşəkkür edirəm”.