Şəbnəm Azərbaycanı tərk edir - VİDEO

 Şəbnəm Azərbaycanı tərk edir - VİDEO
Müğənni Şəbnəm Tovuzlu Azərbaycanı tərk etmək niyətində olduğunu açıqlayıb. 

Asayis.Az 
xəbər verir ki, Türkiyəyə yollanan ifaçı təyyarədən görüntülərini izləyiciləri ilə bölüşüb. 

O, bundan sonra tez-tez İstanbula gedəcəyini açıqlayıb:

“Bir az hər şeydən uzaq olmaq üçün gedirəm. Çox yorğunam. Ola bilsin artıq İstanbula daha çox gedib-gələm. Hətta orada yaşamağı belə düşünürəm”. 

İstanbula çatar-çatmaz alış-verişə yollanan Tovuzlu özünə 25 dəst libas aldığını bildirib:

“Hər il gəlirəm özümə buradan alış-veriş edirəm. Çox gözəl libaslar var. Bakıda 400-500 manata olan geyimlər burada 200-300 dollaradır. Özümə şoppinq etdim. Azı 25 dənə libas aldım”. 
 

 

12:00 - 26 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin