"Şəhriyarın övladına qarşı münasibəti çox yaxşısıdır. Biz heç vaxt birlikdə yaşamamışıq, amma uşağımız atalıq hissindən məhrum olmayıb. Hər zaman əli Osmanın üzərindədir".
Asayis.Az xəbər verir ki, bu sözləri rəqqası-aktrisa Oksana Rəsulova "10-da görüşək" verilişində deyib. Sənətçi keçmiş həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovun övladı ilə münasibətindən söz açıb:
"Çox yaxşı dostdurlar. Bizdə uşaq doğulandan demişəm ki, ata bu gün və ya iki gün sonra gələcək. Belə bir şey deyildi ki, var idi, birdən yox oldu. Elə bir travma yaşamayıb. Bizim ailəmiz dostluq üzərində qurulub. Düşünmürəm ki, Osman valideynləri tərəfindən korluq çəkir".
Qeyd edək ki, Şəhriyar və Oksana ailəli olduğunu, bir neçə ay sonra isə ayrıldığını açıqlayıb.