Rusiyanın Ermənistandakı səfiri Kopırkin səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib.
Bununla bağlı diplomata etiraz notası bildirilib.