Kamil Zeynallı: "Nələrə dözdüyümüzü bir Allah bilir, bir də...” - VİDEO

 Kamil Zeynallı:
on həftədə nələr çəkdiyimizi, nələrə dözdüyümüzü bir Allah, bir də bu işin içində olanlar bilər. 

Tanınmış fitness məşqçisi Kamil Zeynallı Azərbaycanın bodibildinq və fitnes Federasiyasının 30 illiyi münasibətilə keçiriləcək yarışda iştirak etmək üçün məşqlərə davam edir. 

Asayis.Az xəbər verir ki, 6 ay ərzində müxtəlif pəhrizlər və ciddi məşq sayəsində xeyli əzələ yığan idmançı yarışa son 5 gün qaldığını bildirib: 

“Son 5 gün. Oktyabrın 29-u saat 12:00 da yarış olacaq. Yarışda iştirak edəcək bütün idmançılara bu son həftədə dözüm, güc və uğur arzu edirəm. Son həftədə nələr çəkdiyimizi, nələrə dözdüyümüzü bir Allah, bir də bu işin içində olanlar bilər. Hələ tam qurumamışam, son 2-3 günə təmiz quruyacağam, İnşallah”. 

Həmin görüntüləri təqdim edirik: 
 

 

11:24 - 25 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin