Fədayə Laçın həbsxanadan zəng edəndə anası ona nə deyib? - VİDEO

 Fədayə Laçın həbsxanadan zəng edəndə anası ona nə deyib? - VİDEO
Fədayə uşaqlıqda oğlan kimi olub. Onu oğlan kimi geyindirmişəm. İlahəyə paltar, ya kukla alanda, ona şalvar və velosiped, maşın almışam. Məktəbi əla oxuyurdu, hətta yuxarı sinflərə aparırdılar, onlaırn riyaziyyatını edirdi. Əlhəmə həmişə laylay çalırdı, bildim ki, gözəl səsi var. Özü də çox gözəl ana oldu.

Bu sözləri ötən gün "Xəzər axşamı" verilişində qonaq olan müğənni Fədayə Laçının anası Təranə xanım deyib. O, bildirib ki, Fədayə Laçına münasibəti başqadır:

"Qızım İlahə ən saf məhəbbətimdən dünyaya gəlib. Amma Fədayə qəmli vaxtıma düşdü. Ona görə də ona münasibətim başqadır. İlahənin üç yaşı vardı. Mən kənddə qayınatamgildə qalırdım. Həyat yoldaşım Bakıda fizika-riyaziyyat fakültəsində oxuyurdu. Eşitdim ki, o kimləsə ailə qurub. O zaman Fədayəyə hamilə idim... Atam-anam var idi, onlar saxladılar, mən çox əziyyət çəkmədim. Sonra mən də ikinci dəfə ailə qurdum.

Dediyim kimi, onu oğlan kimi böyütmüşdüm. O hadisə olanda (Fədayənin həbs olunması xəbərini nəzərdə tutur) çox pis olduq. O, içəridən mənə zəng vurdu. İstədi ağlaya, amma dedim ki, ağlama. Mən səni oğlum kimi saxlamışam. Sən mənim oğlumsan. Kişinin başına iş gələr. Möhkəm ol. Ona belə desəm də, ürəyimdə çəkdiyimi çəkirdim".
 

 

11:12 - 25 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin