Türkiyəli aktrisa və aparıcı Yeliz Yeşilmenin atası vəfat edib.
Asayis.Az xəbər verir ki, aktrisa bu barədə sosial media hesabından açıqlama verib.
O bildirib ki, atası Cemal Yeşilmen uzun müddət davam edən xəstəlikdən sonra bu gün dünyasını dəyişib:
"Atamızı itirdik, bir müddət buralardan gedəcəm. Allah onu cənnətə apardı. Bu mənim üçün çox ağırdır, amma atam 1,5 ay idi ki reanimasiyada əziyyət çəkirdi".