Mauro İkardidən "Qalatasaray"a pis xəbər

 Mauro İkardidən

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi zədələnib.

Qaynarinfo İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hücumçu "Beşiktaş"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın IX tur oyununda sıradan çıxıb.

Argentinalı forvard ayaq biləyindən zədə alıb. "Sarı-qırmızılar" onun müalicəsinə başlanıldığını bildirib.

Qeyd edək ki, "Qalatasaray" oktyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

12:48 - 23 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin