Naxçıvanda toy keçirilən restoranda yanğın olub - VİDEO

 Naxçıvanda toy keçirilən restoranda yanğın olub - VİDEO
Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

“Report”un yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmadan söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunublar.
 

 

15:00 - 22 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin