Benzema dörd dəqiqəyə həm rəqib, həm öz qapısına qol vurdu

 Benzema dörd dəqiqəyə həm rəqib, həm öz qapısına qol vurdu

"Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda “Əl-Taavun”la səfər matçının 22-ci dəqiqəsində hesabı açıb.

Cəmi 4 dəqiqə sonra isə o, başla topu öz komandasının qapısından keçirərək hesabı bərabərləşdirib. Qarşılaşma elə bu nəticə ilə də başa çatıb - 1:1.

Qeyd edək ki, 35 yaşlı fransalı “Əl-İttihad”ın heyətində ümumilikdə 8 oyunda 4 qola imza atıb.

16:30 - 21 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin