Mərakeşdə dondurulmuş balıqlarda ton yarımdan artıq kokain aşkarlandı

 Mərakeşdə dondurulmuş balıqlarda ton yarımdan artıq kokain aşkarlandı

Mərakeşdə dondurulmuş balıqlarda 1,37 ton kokain aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Maghreb Arabe Presse" məlumat yayıb.

Konteynerlərdə gizlədilən şübhəli yüklə bağlı məlumat Krallığın Milli Təhlükəsizlik Baş İdarəsinə daxil olub.

Narkotik vasitənin mənşəyi və Mərakeşə çatdırılma marşrutunun müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, dondurulmuş balıq olan konteyner İspaniya vasitəsilə Latın Amerikası ölkələrindən gəlib.

16:00 - 21 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin