Sumqayıtda 53 yaşlı kişi küçədə yıxılaraq ölüb

 Sumqayıtda 53 yaşlı kişi küçədə yıxılaraq ölüb

Sumqayıtda 53 yaşlı kişi küçədə yıxılaraq ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

1970-ci il təvəllüdlü İlahəddin Atakişiyev küçədə gedərkən qəflətən yıxılıb və dünyasını dəyişib.

Əraziyə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının briqadası və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

15:00 - 21 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin