Bu ölkədə İsrail səfirliyinin binası yandırılıb

 Bu ölkədə İsrail səfirliyinin binası yandırılıb

 

 

Bəhreynin paytaxtı Manamada nümayişçilər İsrail səfirliyinin binasını yandırıblar.

Asayis.Az  xəbər verir ki, bu barədə “Maariv” qəzeti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-nə keçən gecə İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatlara etiraz edən bir qrup şəxs məşəllərlə diplomatik mərkəzə yaxınlaşıb, daha sonra məşəlləri səfirlik istiqamətinə atıblar.

Nəşr qeyd edir ki, yanğın zamanı binasda bir nəfər də olsun işçi olmayıb.

Oktyabrın 18-də "Yedioth Ahronoth" qəzeti İsrailin Qəzza zolağında baş verən hadisələrin səbəb olduğu nümayişlərə görə Misir və Mərakeşdəki diplomatik nümayəndəliklərini boşaltmaq məcburiyyətində qaldığını bildirib. Oktyabrın 19-da Kan dövlət televiziya və radio şirkəti bildirib ki, İsrail Xarici İşlər Nazirliyi Bəhreyn də daxil olmaqla Yaxın Şərqdəki bütün nümayəndəliklərini təxliyə etmək qərarına gəlib.

13:48 - 20 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin