Tezliklə 3+3 formatında görüş keçiriləcək

 Tezliklə 3+3 formatında görüş keçiriləcək

Tezliklə İranda 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.

Asayis.Az
 xəbər verir ki, Ermənistan da görüşdə iştiraka razılıq verib.

Əslində, 3+3 formatında görüşün baş tutması, Ermənistanın da bu görüşdə iştiraka razılıq verməsi müsbət hal sayıla bilər. Lakin burda məsələnin başqa tərəfi diqqət çəkir.

Eyni anda 3-4 stulda oturmaq Ermənistan üçün ənənə halını alır. Artıq uzun müddətdir, biz Ermənistanın Baş naziri Nikol Paşinyanın timsalında bu halı müşahidə edirik.

Paşinyan bir neçə gün əvvəl Strasburqa gedib, Avropa Parlamentində “alqış” almaq üçün ənənəvi ritorikasından istifadə edib. Bunun ardınca isə İranda keçirilən görüşə qatılmağa razılıq verir. 3+3 formatının mahiyyəti “region problemlərinin regionda həll olunması” yanaşmasıdır. Paşinyanın İranda keçiriləcək görüşdə iştiraka razılıq verməsi onun bu yanaşmanı qəbul etməsi deməkdir.

Onda sual yaranır ki, Paşinyan bu yanaşmanı qəbul edirsə niyə Strasburq, Brüssel, Parisi inadkarlıqla regiona müdaxilə etməyə çağırır?

Yada salaq ki, 3+3 formatının təşəbbüskarı Azərbaycandır. İndiyədək bu formatda görüşün baş tutmaması Azərbaycanın İranla münasibətlərindəki soyuqluq və gərginliklə bağlı idi. İndi soyuqluq arxada qalıb və artıq görüşün keçirilməsinə heç nə mane olmur.

Qeyd olunduğu kimi, artıq Ermənistanda da bur formatda görüşdə iştiraka razılıq verib. Regional problemlərin həlli, region ölkələrinin münasibətlərinin daha da inkişafı baxımından bu format uğurlu platforma rolunu oynaya bilər. ABŞ və Avropanın Azərbaycana qarşı fəaliyyətlərini davam etdirəcəyi təqdirdə isə 3+3 formatı daha da güclənəcək və “regional problemlərin həlli regiondadır” prinsipi daha da möhkəmlənəcək.

Bundan başqa, ABŞ və Avropa bugünkü reallığı qəbul etmədən Azərbaycana qarşı qərəzli və riyakar siyasətini davam etdirsə, Qərbin ayağı Cənubi Qafqazdan birdəfəlik kəsilə bilər. Qərb dairələri hər halda vəziyyəti düzgün qiymətləndirməli, buraxdıqları strateji səhvləri davam etdirməməlidir.

Ermənistan isə ağlını başına toplamalı və nəhayət, anlamalıdır ki, problemlər Avropa Parlamentində, Strasburqda saxta alqışlar və populizmlə deyil, regionun özündə həll olunmalıdır.

Demokrat.Az

12:12 - 20 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin