“Mehri dəmir yolunun bərpası Azərbaycan üçün strateji məsələdir” - AÇIQLAMA

 “Mehri dəmir yolunun bərpası Azərbaycan üçün strateji məsələdir” - AÇIQLAMA

"Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq".

Asayis.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycan mallarının daşınması və azərbaycanlıların hərəkətinin təhlükəsizliyi də təmin olunacaq.

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, Paşinyan Ermənistanla Azərbaycan arasındakı münaqişənin həll olunmasında maraqlıdır:

“Paşinyan anlayır ki, sülh müqaviləsi nə qədər gec imzalansa, Ermənistan bir o qədər çox şey itirəcək. Sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan üzərindən Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonlarının birləşdirilməsi mümkün olacaq. Bundan sonra Ermənistan və İran dəhliz məsələsində rəqibə çevriləcək. Ermənistan öz ərazisindən, İran da öz ərazisindən dəhlizin keçməsini istəyəcək. Hansı ölkə tranzit rolunu oynasa, strateji əhəmiyyəti artacaq. 

Bu, Azərbaycan üçün də strateji əhəmiyyətli məsələdir. Dəmir yolunun çəkilməsi yeni alternativ marşrutun yaranmasına xidmət edəcək. Naxçıvanın qazla, elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. Eyni zamanda Muxtar Respublika yeraltı resurslarla, xüsusilə də tikinti xammalı ilə zəngindir. İşğaldan azad olunmuş ərazilərimizin bərpasında bunlar istifadə oluna bilər”.

Demokrat.az 

15:12 - 19 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin