Abşeronda betonqarışdıran dayanacağa aşdı - ÖLƏN VAR

 Abşeronda betonqarışdıran dayanacağa aşdı - ÖLƏN VAR

Abşeronda yol qəzası zamanı betonqarışdıran yük avtomobili aşıb. Asayis.Az xəbər verir ki, hadisə Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

Rasim Məmmədovun idarə etdiyi "Mercedes" markalı betonqarışdıran yük avtomobili qarşı yoldan gələn “BMW” markalı avtomobillə toqquşub. Nəticədə yük avtomobili sürüşərək yolun kənarındakı avtobus dayanacağına aşıb və dayanacaq uçub. Bu zaman dayanacaqda olan piyada, 1970-ci il təvəllüdlü Sevda Məmmədova hadisə yerində ölüb.

Cinayət işi başlanılıb.

16:48 - 18 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin