“Rusiya nəinki kömək etmədi, hətta məni devirmək istədi”

 “Rusiya nəinki kömək etmədi, hətta məni devirmək istədi”

"Ermənistan üçün demokratiya şəraitin diktə etdiyi fürsət deyil, strateji seçimdir". 

Bakupost.az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

O qeyd edib ki, Aİ-Ermənistan münasibətlərinə Azərbaycan və Ermənistanla dövlət sərhədinə nəzarət edən Aİ-nin mülki missiyası şəklində təhlükəsizlik komponenti əlavə edilib.

Daha sonra Ermənistanın baş naziri Rusiyanı ittiham edən açıqlamalar verib. Qeyd edib ki, Rusiya sülhməramlı qoşunlarının hərəkətsizliyi nəticəsində bir həftə ərzində guya 100 mindən çox erməni Qarabağdakı evlərini tərk edib:

"Bu qədər insan Qarabağdan Ermənistana qaçdığı bir vaxtda təhlükəsizlik sahəsində müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta Ermənistanda hakimiyyət dəyişikliyi, demokratik hakimiyyətin devrilməsi üçün açıq çağırışlar etdilər".

Paşinyan həmçinin Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT-nin də İrəvanı tək qoyduğunu bildirib. 

14:24 - 18 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin