“AzTV-nin bizə vurmadığı damğa qalmadı” - İlqar Məmmədov

 “AzTV-nin bizə vurmadığı damğa qalmadı” - İlqar Məmmədov

"Çoxdandır partiyaların birgə siyasi bəyanatlarına REAL qoşulmur. Bundan sonra da qoşulmayacaq. 44 günlük müharibə zamanı və bir müddət sonra hələ vacib idi.  Sonra dayandırdıq. Hətta AzTV-nin buna görə bizə vurmadığı damğa qalmadı”.

Asayis.Az 
xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov siyasi partiyaların Prezident İlham Əliyevə birgə müraciəti ilə bağlı açıqlamasında bildirib.

“Bugünkü (16 oktyabr - red.) təbrik isə, Xankəndidə bayrağımızın ucaldılması münasibətilə ən düzgün ünvana Prezident İlham Əliyevə göndərilən təbrik idi.

Siyasət sənədi yox, məhz təbrik. Təşəbbüskar tərəf onun mətnini sonra hansı keyfiyyətdə yazıbsa bu artıq onun öz seçimidir. Bizə təklif olunan təbrik idi. Təbrikdə varıq da.

REAL Partiyasının səmimiyyətlə qoşulduğu, mətnə önəm vermədən imzalanmasını mümkün saydığı sonuncu birgə mətn bugünkü (16 oktyabr – red.) idi. Ölkəmizin qarşısında yeni səhifə açılır. Bu səhifədə heç bir ifadə bizə işğal mövzusunun kölgəsində görünməyəcək, çünki daha Qarabağ boyda dərdimiz yoxdur”, - İ.Məmmədov əlavə edib.

Məlumat üçün qeyd edək ki, ötən gün KİV-də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə birgə müraciət mətni yayılıb. Müraciətdə siyasi partiyaların Prezidet İlham Əliyevin dövlətimizin əbədi suverenliyi üçün apardığı uğurlu daxili və xarici siyasətdə dəstəyini bəyan etdikləri qeyd olunub.

12:00 - 18 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin