Türkiyənin "Antalyaspor" komandasının futbolçusu Naldo Pereyranın oğlu Davi Pereyra yol qəzası nəticəsində dünyasını dəyişib.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, ölkənin Antalya bölgəsində iki avtomobil və motosiklet toqquşub.
Qəzada futbolçunun oğlu Davi Pereyra, digər avtomobilin sürücüsü və motosikletçi yaralanıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Müdaxilələrə baxmayaraq azyaşlını xilas etmək mümkün olmayıb.