“Ətli-canlı qadınların əzalarını tərpədə-tərpədə oynamaları...”

 “Ətli-canlı qadınların əzalarını tərpədə-tərpədə oynamaları...”

Tanınmış publisist, yazıçı Xeyrəddin Qoca telekanallarda gedən verilişlərdən, bəzi teleaparıcılardan ciddi narazılığını ifadə edib. 

Yenisabah.az-a danışan publisist bildirib ki, telakanalların bəzi aparıcıları heç bir mənəvi haqları olmadığı halda efirdən xalqa dərs keçməyə çalışırlar:

“Aparıcıların Azərbaycan dilində səlis, mənalı, məzmunlu danışa bilməmələri biabırçılıqdır! 

Yüngül xasiyyətli, ətli-canlı qadınların televiziyalarda ortalığa düşüb əzalarını tərpədə-tərpədə oynamaları lap biabırçılıqdır! 

Bu yaxınlarda televiziyalardan birinin rəhbəri çıxıb ekranda deyir ki, "yaramaz fransızlar"! Bu adam qanmır ki, Fransa mədəniyyətlərin beşiyidir, xalqı da dünyanın ən mədəni xalqlarındandır! Göründüyü kimi,bizimkilər adi bir nazirimizi tənqid edə bilmirlər, Baydeni, Makronu tənqid atəşinə tuturlar! Makronun Azərbaycanın əleyhinə olduğunu hamı bilir, onun ermənilərin dostu olduğunu da bilirik. Biz də İsraillə, Pakistanla, başqa ölkələrlə dostuq. Kimin kimlə yaxın münasibətdə olması onların şəxsi işi deyilmi? Biz bizə toxunan məsələləri müzakirə və tənqid edə bilərik, vəssalam!

Bizimkilərin hamısı sülh müqaviləsi istəyirlər. Bu da xalqımızın sülhsevər olduğunu göstərir. Amma biz qalib xalqıq, qoyun sülh müqaviləsindən ermənilər çox danışsınlar! Çünki bu ermənilərə daha çox lazımdır!”

17:48 - 16 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin