"NATO hələ 1991-ci ildə şərqə doğru genişlənməyə söz vermişdi, lakin o vaxtdan bəri artıq beş genişlənmə dalğası olub”.
Asayis.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.
Rusiya liderinin sözlərinə görə, razılaşmalara əməl etməyən insanlarla işləmək çox çətindir.
“Bizə hələ 1991-ci ildə ABŞ administrasiyası tərəfindən demişdilər ki, NATO-nun şərqə doğru genişlənməsi olmayacaq. Bundan sonra beş genişlənmə dalğası oldu və biz hər dəfə narahatlığımızı bildirdik. Hər dəfə bizə deyirdilər: bəli, biz sizə söz vermişdik ki, NATO-nu şərqə doğru genişləndirməyəcəksiniz, amma bunlar şifahi vədlərdi, bəs, bizim imzamız olan kağız parçası hanı? Kağız yoxdu? Budur, əlvida”, – Putin qeyd edib.
Putin hamı üçün bərabər təhlükəsizliyin təmin edilməsinin çox vacib olduğunu və Rusiyanın da hər bir dövlət kimi buna hüququ olduğunu bildirib: “Əgər Moskva NATO-nun Ukrayna hesabına genişlənməsindən narahatdırsa, bu, Rusiya üçün təhlükə yaradırsa, o zaman bu irad eşidilməlidir”.