Oktyabrın 12-də Binəqədi rayonu Sulutəpə qəsəbəsində bacısını qətlə yetirən şəxsin qonşuları danışıblar.
Onlar, 2003-cü il təvəllüdlü İlahə Kərimovanı öldürən 2004-cü il təvəllüdlü Həsən Kərimovun sakit biri olduğunu, baş verən hadisədən təəccübləndiklərini bildiriblər.
Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, oktyabrın 12-si saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Həsən Kərimov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində: