Azərbaycanda mina qurbanlarının sayı 333 nəfərə çatıb

 Azərbaycanda mina qurbanlarının sayı 333 nəfərə çatıb

Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində daha iki mülki şəxs minaya düşüb. Bununla da da Azərbaycanda mina qurbanlarının sayı 333 nəfərə çatıb.

Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə bağlı "X" hesabında yaydığı paylaşımda bidlirilib.

Xatırladaq ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi minaya düşən 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

17:48 - 13 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin